Atasının ölümünə görə həbs olundu

Atasının ölümünə görə həbs olundu
16:36

İspaniyanın “Mango” moda şəbəkəsinin vəfat edən qurucusu İsak Andikin oğlu Conatan Andik barəsində yeni qərar verilib.

News365.az “Euronews”a istinadən xəbər verir ki, Conatan atasının qətlində şübhəli bilinərək həbs edilib.

Bildirilib ki, o, atasının ölümü ilə əlaqəsinin olmadığını israr edir.

Qeyd edək ki, İspaniyanın ən varlı adamlarından olan İsak Andik 2024-cü ilin dekabrında Barselonanın Kolbato şəhərindəki Salnitre mağaralarında oğlu Conatanla gəzərkən uçurumdan yıxılıb.

Ötən ilin oktyabr ayında biznesmenin oğlu atasının ölümü ilə bağlı şübhəli şəxs qismində cəlb edilmişdi.

Türkəsilli iş adamı İsak Andik 1984-cü ildə qardaşı Nahmanın köməyi ilə Barselonada “Mango”nu qurub. O, 40 il “Mango”nun direktoru olub. “Mango”nun dünya üzrə təxminən 2900 satış məntəqəsi var.



Sizin reklam burada
Sizin reklam burada