Gender ayrı-seçkiliyinin pozulmasına görə bir sıra televiziya kanallarına qadağalar tətbiq olunub.
News365.az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında öz əksini tapıb.
Audiovizual Şura “Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin pozulması, yəni cinsi (gender) ayrı-seçkiliyin təbliği nəticəsində ilin müxtəlif vaxtlarında “Space TV”, “Xəzər TV”, “ARB”, “Baku TV” kanallarına rəsmi xəbərdarlıq edilib, bir dəfə “Space TV” kanalının yayımı 6 saatlıq, “Kanal S” kanalının yayımı isə 24 saatlıq dayandırılıb. pizza sifarişi
Ailə institutunu nüfuzdan salan informasiyanın yayılmasına görə isə müxtəlif vaxtlarda “MTV” kanalına rəsmi xəbərdarlıq verilib, həmçinin inzibati xəta haqqında protokol tərtib olunaraq müvafiq məhkəməyə göndərilib.