Çin liderləri ABŞ administrasiyasını İrana silah tədarük etmək niyyətində olmadıqlarına əmin ediblər.
News365.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
“Çin Prezidenti Si Szinpin mənə İrana heç bir silah göndərməyəcəyinə əminlik verdi. Bu, gözəl bir vəddir. Mən onun sözünə inanıram. Mən Pekinin mövqeyini yüksək qiymətləndirirəm”, - deyə Amerika lideri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.