Qarabağ Universitetinin İncəsənət və turizm fakültəsi Şuşaya köçürüləcək.
News365.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu, 1500-ə yaxın müəllim və tələbənin Şuşada daimi məskunlaşması deməkdir:
“Düşünürük ki, gənclər və tələbələr şəhərə yeni ab-hava qatacaqlar”.
A.Kərimov həmçinin Şuşa şəhərində uşaq bağçasının tikintisinin nəzərdə tutulduğunu əlavə edib.