İran ABŞ-yə yeni şərtlər irəli sürüb

İran ABŞ-yə yeni şərtlər irəli sürüb
18:20

İran ABŞ-la mümkün razılaşma üçün şərtlərini açıqlayıb.

News365.az xarici mediaya istinadla xəbər verir ki, İran xarici işlər nazirinin müavini Kazem Gharibabadi bildirib ki, Tehranın təqdim etdiyi təklifdə ABŞ sanksiyalarının ləğvi, İranın xaricdə dondurulmuş vəsaitlərinin azad edilməsi və ölkəyə qarşı tətbiq olunan ABŞ dəniz blokadasının dayandırılması tələbləri yer alıb.

Bildirilib ki, İran tərəfi həmçinin bölgədəki münaqişələrin dayandırılmasını və ABŞ qüvvələrinin İran ətrafındakı regionlardan çıxarılmasını istəyir.



Sizin reklam burada
Sizin reklam burada