Mirzoyan sabah Moskvaya gedəcək

Mirzoyan sabah Moskvaya gedəcək
20 Yan 2025 17:31

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 21-də Rusiyaya işgüzar səfərə gedəcək.

“İnterfaks”ın yaydığı məlumata görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

“Yanvarın 21-də xarici işlər naziri Ararat Mirzoyan Moskvaya işgüzar səfərə yollanacaq”, - Badalyan sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, Mirzoyanla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilməsi planlaşdırılır, görüşdən sonra isə nazirlər birgə mətbuat konfransı keçirəcəklər.


Sizin reklam burada
Sizin reklam burada