Moskva metrosunda ana və balaca uşağı relslərin üzərinə yıxılıb. Bununla bağlı sosial şəbəkələrdə görünütülər yayılıb.
Qeyd edilir ki, nə qadın, nə də uşaq xəsarət almayıb. Rusiya paytaxtının prokurorluğunun mətbuat xidməti məlumatı təsdiqləyib.
Bildirilib ki, hadisə metronun Kolomenskaya stansiyasında baş verib. Kadrlarda qucağında uşaq tutan qadının platformanın kənarına yaxınlaşması görünür. Qadın qadağan olunmuş əraziyə, xətdən kənara keçdikdən sonra uşağı ilə birlikdə relslərə yıxılır.
"Heç kim xəsarət almayıb. Şahidlər qadın və uşağa platformaya qalxmağa kömək ediblər", - qurumun məlumatında qeyd edilib.
Tural