Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin demək olar ki, bütün bölgələrinin bu həftə ərzində sərt hücumlara məruz qaldığını bəyan edib.
O, ABŞ, Avropa və digər müttəfiqlərdən təcili reaksiya gözlədiklərini bildirib.
Zelenski vurğulayıb ki, Ukraynanın müdafiəsi yalnız Qərbin dəstəyi ilə davam edə bilər və bu yardımın uzanması ölkənin vəziyyətini daha da çətinləşdirir.
Müharibənin gedişatında Qərbin atacağı növbəti addım böyük maraq doğurur.