Tramp 2037-ci ilə qədər prezident olacaq?

Tramp 2037-ci ilə qədər prezident olacaq?
30 Mar 2025 17:40

ABŞ Prezidenti Donald Tramp ölkə konstitusiyasına düzəlişlərdən birini istifadə edərsə, 2037-ci ilə qədər, yəni 90 yaşı tamam olanadək vəzifəsində qala bilər.

Bu barədə Britaniyanın "The Daily Mail" qəzeti yazır.

Nəşr iddia edir ki, Ağ Ev 1951-ci ildə qəbul edilmiş 22-ci konstitusiya düzəlişindən istifadə imkanını nəzərdən keçirir. Belə ki, eyni şəxs iki dəfədən çox olmayaraq dövlət başçısı seçilə bilməz. Bununla belə, düzəlişdə eyni şəxsin ABŞ-ın hazırkı rəhbərinin istefası və ya ölümü halında üçüncü və ya dördüncü dəfə prezident vəzifəsini icra edə bilməyəcəyi göstərilmir.

Beləliklə, qəzetin yazdığına görə, prezidentliyə namizəd olacaq növbəti şəxs hazırkı vitse-prezident Cey Di Vens və ya Tramp özü ola bilər.

Lakin nəşr onu da yazıb ki, ABŞ Ali Məhkəməsinin bu qərara hüquqi baxımdan etiraz etməsi çətin olacaq.


Sizin reklam burada
Sizin reklam burada