Məsciddən oğurluq edildi

Məsciddən oğurluq edildi
22 İyl 2024 21:22

Lənkəran rayon Şağlaser kənd məscidinin içərisindəki nəzir qutusu sındırılaraq içindəki pul oğurlanıb.

News365.az bildirir ki, "Qafqazinfo"nun məlumatına görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə əməli törədən Zülfi Nəzərli müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun bundan əvvəl analoji əməllərə görə məhkum olunduğu müəyyən edilib. Belə ki, o əvvəllər Masallıda bir, Lənkəranda iki məsciddən oğurluqlar edib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada