Bir gün əvvəl hoteldə kəşfiyyat aparıb - Silahlı hücumla bağlı YENİ VİDEO

Bir gün əvvəl hoteldə kəşfiyyat aparıb - Silahlı hücumla bağlı YENİ VİDEO
09:49

ABŞ Prezidenti Donald Trampın qatıldığı tədbirdə baş verən silahlı hücumla bağlı yeni detallar üzə çıxıb.

News365.az xəbər verir ki, hücumçu hadisədən bir gün əvvəl məkanın yerləşdiyi hoteldə kəşfiyyat aparıb.

Hadisə aprelin 25-də keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyi zamanı baş verib. Yeni yayılan təhlükəsizlik kamerası görüntülərində hücumçu kimi tanınan Koul tomas Allenin hücumdan əvvəl ərazini araşdırdığı əks olunub.

Prokurorluq nümayəndələri bildiriblər ki, bu görüntülər hücumun əvvəlcədən planlaşdırıldığını göstərir. Kadrlarda şübhəlinin hadisə günü gizləndiyi dəhlizdə Gizli Xidmət agenti ilə üz-üzə gəlməsi də yer alır. Agent qısa müddət gözləsə də, hücumçunu fərq etmədən ərazidən uzaqlaşır.

Bundan təxminən 12 saniyə sonra silahlı şəxs təhlükəsizlik nöqtəsinə hücum edir. Hadisə zamanı bir hüquq-mühafizə əməkdaşının hücumçunun açdığı atəş nəticəsində yaralandığı bildirilir.

Qeyd edək ki, 31 yaşlı şübhəli saxlanılıb və ona qarşı ABŞ Prezidentinə qarşı sui-qəsd cəhdində ittiham irəli sürülüb. Hadisə ilə bağlı istintaq davam edir.


Sizin reklam burada
Sizin reklam burada