İran atəşkəsdən silah ehtiyatlarını bərpa etmək üçün istifadə edir

İran atəşkəsdən silah ehtiyatlarını bərpa etmək üçün istifadə edir
09:52

İran atəşkəsdən istifadə edərək hava zərbələrindən sonra dağıntılar altında qalmış silah ehtiyatlarını bərpa etməyə çalışır.

News365.az-ın məlumatına görə,  ABŞ rəsmisi və mövzuya yaxın mənbələrə istinadən yaydığı məlumata görə, Tehran son hücumlardan sonra yeraltı anbarlarda gizlədilmiş və ya dağıntılar altında qalan raket və sursatların çıxarılması işlərini sürətləndirib.

ABŞ tərəfi hesab edir ki, Iran bu addımla pilotsuz uçuş aparatları və raket potensialını qısa müddətdə yenidən bərpa etməyi hədəfləyir.

Mənbələr bildirir ki, rəsmi Tehran eyni zamanda mümkün yeni gərginlik ehtimalını da nəzərə alır. Belə ki, Donald Trump administrasiyası hərbi əməliyyatları yenidən başlatmaq qərarı verərsə, İran regionda cavab imkanlarını qorumağa çalışır.

News365.az


Sizin reklam burada
Sizin reklam burada