Tramp Ukrayna münaqişəsini iqtisadi maraqlar naminə tez bitirmək istəyir

Tramp Ukrayna münaqişəsini iqtisadi maraqlar naminə tez bitirmək istəyir
10:02

ABŞ-ın keçmiş prezidenti Donald Trump-ın Ukrayna münaqişəsinə yanaşmasında iqtisadi və ticarət maraqları mühüm rol oynayır.

Bu barədə politoloq Aydın Quliyev News365.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Trampın Ukrayna münaqişəsini qısa müddətdə yekunlaşdırmaq istəyi yalnız siyasi deyil, həm də iqtisadi məqsədlərlə bağlıdır. 

Ekspert qeyd edib ki, ABŞ və Ukrayna arasında artıq kritik mineral ehtiyatlarla bağlı saziş mövcuddur və bu razılaşma müharibədən sonra həmin resurslardan istifadəni nəzərdə tutur.

Politoloq vurğulayıb ki, Tramp mümkün qədər tez razılaşma əldə olunmasına çalışır ki, həm bu iqtisadi faydaları reallaşdırsın, həm də gələcəkdə Rusiya ilə əməkdaşlıq imkanlarını genişləndirsin. Onun fikrincə, münaqişə başa çatdıqdan sonra tərəflər arasında münasibətlərin tamamilə düşmənçilik üzərində qurulması real deyil və yeni əməkdaşlıq formatları yarana bilər.

Aydın Quliyev əlavə edib ki, Trampın “danışıqlar çox yaxşı keçdi” kimi açıqlamaları daha çox siyasi ritorika xarakteri daşıyır: “Orada maraqlı müzakirələr ola bilər, lakin tərəflərin mövqeləri hələ də kəskin şəkildə fərqlənir. Bu cür bəyanatlar real nəticələrdən çox, ictimai rəyə hesablanıb”.

Ekspertin qənaətinə görə, indiki mərhələdə səsləndirilən optimist açıqlamalara baxmayaraq, tərəflər arasında konkret razılaşmanın əldə olunması hələlik mümkün görünmür.


Sizin reklam burada
Sizin reklam burada