Mərkəzi Neftçilər Xəstəxanasının YENİ DİREKTORU - FOTO

Mərkəzi Neftçilər Xəstəxanasının YENİ DİREKTORU - FOTO
11:33

Mərkəzi Neftçilər Xəstəxanasına direktor təyin edilib.

News365.az xəbər verir ki, bu vəzifəyə Əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Zaur Bəhmən oğlu Xəlilov təyin edilib.

Z.Xəlilov 1997-1998-ci illərdə akad. M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində internaturanı tamamladıqdan sonra, 1999-2002-ci illərdə cərrahiyyə ixtisası üzrə aspiranturanı tamamlayıb. 2002-ci ildən Mərkəzi Klinik Xəstəxanada ümumi cərrah olaraq başlayıb.

2010-2012-ci illərdə Ümumi cərrahiyyə şöbəsinin müdiri, 2012-ci ildən hazırkı təyinatınadək cərrahiyyə üzrə baş həkim müavini vəzifəsində çalışıb.

Zaur Xəlilov ölkəmizdə orqan transplantasiyası (qaraciyər, böyrək və s.) əməliyyatını icra edən azsaylı mütəxəssislərdən biridir. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 2022-ci ildə "Əməkdar həkim" adı ilə təltif edilib.



Sizin reklam burada
Sizin reklam burada