Pentaqon
deyir ki, ABŞ-ın İrana qarşı əməliyyatlara xərci 25 milyard dollar olub. “Iran
War Cost Tracker” portalı real xərclərin artıq 65 milyard dolları keçdiyini
iddia edir. Lap tutaq ki, maksimum variantı götürək, xərc 65 milyard dollar
olsun.
Bəs bu pul
ABŞ üçün nə deməkdir?
Məsələ ilə
bağlı danışan iqtisadçı Eldəniz Əmirov deyir ki, ABŞ-ın iqtisadiyyatı təxminən
32 trilyon dollardır:
“Bu il illik
hərbi xərci 1 trilyon dolları ötür. 2027-ci ildə isə hərbi üçün 1,5 trilyon
dollar ayırmağı düşünürlər.
Bu kontekstdə
65 milyard dollar illik hərbi xərclərin təxminən 6-7%-i, ümumi iqtisadiyyatın
isə cəmi 0,2%-dir. Odur ki, yerli və qlobal mediada “çox böyük xərc” kimi təqdim
olunan bu məbləğ ABŞ kimi maliyyə imkanları olan ölkə üçün idarəolunan və
absorb olunan xərcdir.
Əlqərəz, 65
milyard dollar böyük rəqəmdir, amma ABŞ kimi böyük iqtisadiyyatlar üçün yox.
Bir az da
anlaşılan olsun deyə Azərbaycan manatı ölçüsündə izah edim ki, ABŞ illik hərbi
xərcinin hər 100 manatından 6-7 manatını, ÜDM-in hər 100 manatından isə cəmi 20
qəpiyini İranla müharibə üçün xərcləyib. Buna görə də bu dövlətin “müharibə xərclərini
ödəməkdə çətinlik çəkir” kimi fikirləri tirajlamaq və ya düşünmək sadəlövhlükdür.
Bir az da
riyazi hesablasaq görərik ki, ABŞ iqtisadiyyatı 65 milyard dolları cəmi 18
saata yaradır (bir gün bitmir). Yəni, söhbət bu dövlətdən gedir”.
News365.az