“Belə iddialar cavabsız qalmamalıdır” - Bəhruz Məhərrəmov

“Belə iddialar cavabsız qalmamalıdır” - Bəhruz Məhərrəmov
12:13

30 aprel tarixli növbəti anti-Azərbaycan qətnaməsi fonunda hər hansı bağımızın və dərin əlaqələrimizin olmadığı Avropa Parlamentinə yenidən zaman ayırmağa məcburuq.

News365.az xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov parlamentdə çıxışı zamanı deyib. 

O əlavə edib ki, hətta öz yurisdiksiya coğrafiyasında belə nüfuzunu çoxdan itirmiş təsisat olan Avroparlamentlə bağlı hər hansı siyasi prioritetimiz yoxdur. "Hətta cənab İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında da ifadə etdiyi kimi, biz heç seçkilərdə belə sağlam subyekt hesab etmədiyimiz üçün Avropa Parlamenti missiyasını dəvət etməyə lüzum görmürük. Amma bu siyasi bataqlıq Azərbaycandan əl çəkmək istəmir. Təbii ki, nə qədər uzaq durmağa çalışsaq da, suverenliyimizə qarşı növbəti siyasi təxribat olduğu üçün belə çirkab yuvalarını cavabsız buraxmaq olmaz",-o qeyd edib.

O qeyd edib ki, Avropa Parlamentinin 30 aprel 2026-cı il tarixli əsassız, kökündən yanlış və mövcud reallıqlardan uzaq olmaqla yanaşı, "siyasi şantaj" hüquqa, beynəlxalq hüququn bir neçə fundamental prinsipinə və dövlətlərarası münasibətləri tənzimləyən sənədlərə birbaşa zidd mahiyyət daşıyır:

​"​Yaxşı, sən 5-10 min erməninin könüllü köçündən danışırsan, bəs 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün taleyi bu günə qədər Avropa Parlamentinin gündəmində olubmu? Təbii ki, yox. Çünki Avropa Parlamenti selektivlik üzərində qurulmuş siyasi çirkab alətidir və belə bir qurumun indi "ədalət" dərsi keçməyə mənəvi haqqı yoxdur.
​Yaxud qətnamədə “ədalətsiz həbs olunan hərbi əsirlər” ifadəsinə istinad ediblər. Biz hansı formada izah etməliyik ki, hazırda həbsdə olanlar “hərbi əsir” deyil; terrorizm, sabotaj və müharibə cinayətləri də daxil olmaqla xüsusilə ağır cinayətlərə görə barələrində məhkəmə hökmü olan şəxslərdir və bu mövzuda hər hansı əks-arqument Azərbaycanın daxili işlərinə və məhkəmə sisteminə müdaxilə etmək cəhdidir.

​Yaxud qətnamədə “mədəni irsin məhv edilməsi” ilə bağlı iddialar irəli sürülür. 30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda daş üstündə daş qalmamışdı. Azərbaycanın mədəni və dini irsi sistematik şəkildə dağıdılıb, talan və ya təhqir edilirdi. O zaman harada idi Avropa Parlamenti?

​Aydındır ki, bunları nə Ermənistan maraqlandırır, nə insan hüquqları, nə də mədəni irs. Bunların qayğısı Cənubi Qafqazda itirilmiş təsir imkanlarını bərpa etməklə bağlıdır. Amma unutmamalıdırlar ki, onların iki gündən bir qəbul etdikləri kağız parçalarının cənab İlham Əliyevin liderliyində regionda yaranan reallıqlar qarşısında çəkisi sıfıra bərabərdir".


Sizin reklam burada
Sizin reklam burada