Mehdiabaddan Biləcəriyədək arxa-arxaya sürdü - VİDEO

Mehdiabaddan Biləcəriyədək arxa-arxaya sürdü - VİDEO
16:52

Bakıda yol hərəkəti qaydalarını kobudcasına pozan daha bir avtomobilin görüntüləri yayılıb.

News365.az “Avtosfer”ə istinadən xəbər verir ki, hadisə Abşeron rayonu Mehdiabad qəsəbəsi ilə Binəqədi rayonu Biləcəri qəsəbəsinədək yolda baş verib.

Belə ki, toy karvanında iştirak edən “Chevrolet” markalı avtomobilin sürücüsü qeyri-adi və təhlükəli manevr edərək nəqliyyat vasitəsini arxaya doğru hərəkət etdirib. O, maşını tərsinə sürərək həm özünü, həm də digər hərəkət iştirakçılarını ciddi risk altına atıb.

Paylaşılan görüntülər sosial mediada kəskin tənqid olunub. Bir çoxları bu cür məsuliyyətsiz hərəkətlərin ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıb.

Bakı Şəhər DYP İdarəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, özünün və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını real təhlükə yaradan sürücü ilə bağlı hazırda araşdırma aparılır. Sürücü barəsində qanunamüvafiq məsuliyyət tədbirləri görüləcək.


Sizin reklam burada
Sizin reklam burada