"Məktəblilər arasında intellektual yarış" layihəsi çərçivəsində yarışlara start verildi

"Məktəblilər arasında intellektual yarış" layihəsi çərçivəsində yarışlara start verildi
21 Sen 2026 10:52

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Məktəblilər arasında intellektual yarış" layihəsi çərçivəsində yarışlara start verilib

News365.az xəbər verir ki, bu gün yarışların seçim turu keçirilib. Qaazax Gənclər Evində təşkil olunan yarışda Qazax və Ağstafa rayonlarından ümumilikdə 20 komanda mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən intellektual savaşda 8 komanda yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Sabah - 22 sentyabr tarixində birinci yarımfinal mərhələsi baş tutacaq. Ağstafa rayonunun Vurğun qəsəbə H.Əzizov adına tam  məktəbinin "Qarabağ",  Qazax rayon  Yuxarı Salahlı kənd Z.Mahmudov adına tam orta məktəbin "Zirvə", müstəqil "United Steaks" və Qazax rayon Çaylı kənd E.Cəfərov adına 2 saylı tam orta məktəbin "Hədəf" komandaları finala vəsiqə uğrunda birinci yarımfinal mərhələsində qarşılaşacaq.

Qeyd edək ki, 23 sentyabr tarixində ikinci yarımfinal mərhələsinin yarışları keçiriləcək. Burada isə Qazax rayon Ağköynək kənd Ş.Çobanov adına tam orta məktəbin "Yupiter",  Qazax rayon Kosalar kənd İ.Şıxlı adına tam orta məktəbin "Viktoriya",  Ağstafa rayon Dağkəsəmən kənd İ.Salıfov adına 2 saylı tam orta məktəbin "Dağkəsəmən-2" və Ağstafa rayon Həsənsu kənd A.Mustafayev adına tam orta məktəbin "Viktoriya" komandaları finala gedəcək növbəti iki vəsiqə uğrunda mübarizə aparacaq.

Final qarşılaşması isə 24 sentyabr tarixində keçiriləcək. 

Qeyd edək ki, layihə 1 avqust tarixində başlayıb və 30 sentyabr tarixində yekunlaşacaqdır.

Layihədə  tərəfdaş qismində "Qazax Gənclər Evi" sosial xidmət müəssisəsi və Gənclərin İnkişaf və karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyi çıxış edir.


Sizin reklam burada
Sizin reklam burada