Məktəb direktoru həbs olundu

Məktəb direktoru həbs olundu
03 Fev 2025 10:54

Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin direktoru həbs edilib.

News365.az-ın məlumatına görə, direktor Fəxrəddin Həsənov məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.

Ağsu Rayon Prokurorluğunda F.Həsənova Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə ilkin istintaq tamamlanıb. Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.


Sizin reklam burada
Sizin reklam burada