Mədəniyyət Nazirliyinin kollektivi, aparıcı mədəniyyət müəssisələrinin rəhbərləri, ölkəmizin tanınmış mədəniyyət xadimləri Zəfər parkını ziyarət edib.
Bu barədə News365.az-a nazirlikdən bildirilib.
Nazirliyin kollektivi, mədəniyyət müəssisələrinin rəhbərləri, mədəniyyət xadimləri abidənin girişindəki xatirə daşının önünə gül dəstələri qoyub, qəhrəman Vətən övladlarının ölməz ruhları qarışında ehtiramlarını bildiriblər.