“Elon
Maskın təyinatı Amerika kimi dövlətin sabitliyinə ciddi risk yaradacaq. 2
trilyon dollarlıq aqressiv ixtisar təklifləri bu riskin ilkin işartısıdır . Ona
görə ki, sahibkarliq və dövlət idarəçiliyi fərqli bacariqlar tələb edir. Kimsə
yaxşı biznes idarəedicisi olubsa və bir şirkəti uğura apara bilibsə, bu onun
makro uğur qazana biləcəyi demək deyil. Dünyanın əksər ölkələrində bu fakt öz təsdiqini
tapır. Hansısa bir biznesdə uğurlu idarəçi olan birini gətirib yüksək dövlət məmuru
təyin edəndən sonra özünü doğrultmur. Əksinə aləmi bir-birinə qatıraq, problemləri
artırır”.
Bunu News365.az –a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, dövlət maliyyəsi və büdcə idarəçiliyi özəl
sektor idarəçiliyindən köklü şəkildə fərqlənir:
“Sahibkarlar bazar şərtlərinə uyğun çevik qərarlar verir,
lakin dövlət idarəçiliyi mürəkkəb bürokratik proeslərə əsaslanır və sosial məsuliyyət
daşıyır.
İndisə yenidən qayıdaq Maska. Maskın riskə meylli və qeyri-ənənəvi
idarəçilik üslubu Amerika kimi dövlətin sabitliyini poza bilər.
Digər bir tərəfdən onun fiskal siyasət və makroiqtisadiyyat
sahəsində təcrübəsi yoxdur. Dövlət büdcəsini idarə etmək yüksək səviyədə
makroiqtisadi bilik, fiskal siyasət və monetar mexanizmləri anlamağı tələb
edir. Fiskal siyasət təkcə xərcləri azaltmaqdan ibarət deyil; iqtisadiyyatda
balansı qorumaq üçün düzgün vergi siyasəti, sosial proqramların idarə edilməsi
və borc dinamikasının nəzərə alınması tələb olunur.
Həmçinin Mask biznes qərarlarında çox vaxt aqressiv strategiya
tətbiq edir. Dövlət idarəçiliində isə qısa müddətli qənaət tədbirləri uzunmüddətli
iqtisadi və sosial problemlərə səbəb ola bilər.
Mask açıq fikirli və sərt ifadələri ilə tanınır. Amma dövlət
rəhbrliyində siyasi balans, ictimai rəy və sosial məsuliyyət önəmlidir. Buna
görə də Elon Maskın rəhbərlik tərzi və prioritetləri dövət büdcəsi və fiskal
siyasəti idarə etmək üçün uyğun deyil. Maskın riskə meylli və eksperimental
yanaşmaları burada ciddi problemlərə yol aça və uzun sabitliyi poza bilər. Bunu
zamanla görəcəyik”.
News365.az