Jurnalist Azər Rəşidoğlu sosial şəbəkədə jurnalistikanın və peşəkar təhlillərin əhəmiyyətinə diqqət çəkib.
O, sosial şəbəkələrdə bir müddət əvvəl “Təhlilləri, məqalələri oxuyursunuzmu?” sualının verildiyini xatırladaraq, peşəkar jurnalistlərin və tanınmış müəlliflərin yazılarını izlədiyini bildirib.
Azər Rəşidoğlu özünün son məqaləsinə də diqqət çəkərək oxucuları yazını oxumağa çağırıb:
“Ustad imzaların təhlillərini oxuyuram və dostlar üçün paylaşıram da. Əzizimiz Azər Rəşidoğlunun son məqaləsini mütləq oxuyun – film kimi bir yazıdır. Yaxın tariximizdəki maraqlı siyasi gedişlər və hadisələrin sonrakı inkişafı əks olunub. Bilmədiyiniz çox şey var. Əla təhlildir”.
Jurnalist sosial şəbəkələrdə fəaliyyət göstərən bloqerlərlə peşəkar jurnalistlər arasında fərqə də toxunub.
“Bir yox, beş yox, yüz bloqer yığışa, Azərin bircə fikrini nəinki yaza bilməz, heç oxuyub anlaya da bilməz”, – deyə o qeyd edib.
Azər Rəşidoğlu fikrini əsaslandırmaq üçün təhsil sahəsində səsləndirilmiş fikrə də istinad edib:
“Təhsil naziri necə demişdi? Yeni nəsil diplomluların müəyyən qismi oxuduqlarını başa düşmür. Nazir deyib, mən sadəcə sitat gətirirəm”.
Jurnalist paylaşımının sonunda peşəkar jurnalistikanın qorunmasının vacibliyini vurğulayıb:
“Jurnalistikanı qoruyaq!”