Kola dinin bir hissəsidir - Meksikada qəribə adətlər - VİDEO

Kola dinin bir hissəsidir - Meksikada qəribə adətlər - VİDEO
20:00

Meksika haqqında hazırlanan araşdırmada ölkənin sosial həyatı, təhlükəsizlik, miqrasiya, turizm və qida mədəniyyəti ilə bağlı maraqlı faktlar təqdim olunur.


News365.az xəbər verir ki, araşdırmada Meksikada Coca-Cola istehlakının bəzi bölgələrdə qeyri-adi dərəcədə yüksək olduğu və içkinin hətta müəyyən dini mərasimlərdə istifadə edildiyi bildirilir.


Bundan başqa, materialda paytaxt Mexiko Sitidə sıx nəqliyyat, ölkənin bəzi ərazilərində təhlükəsizlik problemləri, ABŞ sərhədində miqrasiya və Kankunun turizm imkanlarından bəhs olunur.


Araşdırmada Meksikada sürücülük vəsiqəsinin bəzi ərazilərdə nisbətən sadə prosedurlarla əldə edilə bildiyi, ölkənin müxtəlif bölgələri arasında isə sosial və iqtisadi fərqlərin olduğu qeyd edilir.


Materialda həmçinin Meksika mətbəxinin əsas simvollarından olan takonun gündəlik həyatdakı rolu və Tijuana şəhərində tako biznesinin geniş yayılması diqqətə çatdırılır.


Araşdırmanın ən diqqətçəkən hissələrindən biri isə Meksikanın bəzi bölgələrində Coca-Colanın dini ayinlərdə istifadə olunmasıdır. Müəyyən yerli icmalarda içkinin ritual zamanı iştirakçılara təqdim edildiyi bildirilir.



Sizin reklam burada
Sizin reklam burada