Gələn il səhiyyə xərcləri artacaq

Gələn il səhiyyə xərcləri artacaq
22:40

Gələn il Azərbaycanın səhiyyə xərcləri 2,9 faiz artacaq. 

News365.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb. 

Gələn il Azərbaycanın səhiyyə xərcləri 2 milyard 82,6 milyon olacaq. Bu, 2026-cı illə müqayisədə 58 milyon 285 min manat, yaxud 2,9 faiz çoxdur. 

Qeyd edək ki, 2026-cı ildə səhiyyə xərcləri 2 milyard 24 milyon 314 min 550 manat olub.


Sizin reklam burada
Sizin reklam burada