Bu iki rayonda güclü duman müşahidə olunur

Bu iki rayonda güclü duman müşahidə olunur
11:30

Bakı–Ələt–Astara magistralının Cəlilabad və Masallı rayonlarının ərazisindən keçən hissəsində güclü duman müşahidə olunur.


News365.az Azərtac-a istinadla xəbər verir ki, magistral yolun ayrı-ayrı hissələrində görünüş məsafəsi təxminən 100 metr təşkil edir.


Duman səbəbindən yolda hərəkət edən sürücülərin diqqətli olmaları, sürət həddinə riayət etmələri və təhlükəsiz ara məsafəsi saxlamaları tövsiyə olunur.


Sizin reklam burada
Sizin reklam burada