Lerikdə 15 kq narkotik aşkarlanıb

Lerikdə 15 kq narkotik aşkarlanıb
11:40

erik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

    DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan News365.az-a verilən məlumata görə, tədbirlərlə saxlanılan 30 yaşlı Murtuz Məmmədlidən ümumilikdə 15 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

    Araşdırmalarla onun narkotik vasitələri xaricdə yaşayan narkotacirdən əldə etdiyi və maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa sövdələşdiyi müəyyən edilib.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.


    Sizin reklam burada
    Sizin reklam burada