Kubada milli elektrik şəbəkəsi çöküb.
News365.az xəbər verir ki, Kubada milli elektrik şəbəkəsi tamamilə sıradan çıxıb və ölkə üzrə genişmiqyaslı elektrik kəsintisi baş verib.
Ölkənin dövlət elektrik operatoru (UNE) hadisənin səbəblərinin araşdırıldığını bildirib. Elektrik enerjisinin mərhələli şəkildə bərpası istiqamətində işlər davam etdirilir. İlkin məlumata görə, kəsinti ölkənin böyük hissəsini əhatə edib.