Xırdalanda "Kristal Abşeron 1" yaşayış kompleksində YANĞIN - YENİLƏNİB

Xırdalanda "Kristal Abşeron 1" yaşayış kompleksində YANĞIN - YENİLƏNİB
20 Mar 2025 11:31

Xırdalanda "Kristal Abşeron 1" yaşayış kompleksində olan binaların birində yanğın qısa vaxtda məhdudlaşdırılıb.

Bu barədə News365.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, yaşayış binasında baş verən yanğın qısa müddətdə məhdudlaşdırılıb, ətrafa yayılmasının qarşısı alınıb.

***

Xırdalanda "Kristal Abşeron 1" yaşayış kompleksində olan binaların birində yanğın başlayıb.

News365.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

FHN-in mətbuat xidmətindən bildirilib ki, nazirliyin 112-i qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yanğın baş verməsi ilə əlaqədar məlumat daxil olub:

"Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları və texnikası cəlb olunub. Hazırda ərazidə yanğının söndürülməsi istiqamətində işlər aparılır. Əlavə məlumat veriləcək".



Sizin reklam burada
Sizin reklam burada