Perunun şimalında Panamerika şosesindəki 60 metrlik körpü çökərək faciəyə səbəb olub.
News365.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, hadisə zamanı iki mərtəbəli sərnişin avtobusu və bir avtomobil çaya düşüb.
2 nəfər həyatını itirib, 41 nəfər yaralanıb.
Xilasedicilər avtobus sürücüsünün və bir sərnişinin cəsədini tapıblar. Yaralılar xəstəxanaya çatdırılıb.
1960-cı illərdə tikilən körpünün niyə çökdüyü hələ məlum deyil.