Ermənistanda keçmiş prezident Robert Köçəryanın aktivləşməsi diqqət çəkir. Siyasi ekspertlər bu addımın səbəbsiz olmadığını bildirirlər.
Politoloq Aydın Quliyev News365.az-a açıqlamasında qeyd edib ki, Köçəryanın bütün karyerası Rusiya ilə sıx bağlı olub və hazırda da ölkə siyasətində Rusiyanın əsas figurlarından biri kimi qalır.
“Öz hakimiyyətdə olmadığı müddətdə, hətta həbsdə olduğu zaman belə, Putin ona təbrik məhdudiyyəti göndərib. Köçəryan Ermənistan siyasətində Rusiya üçün həlledici figurdur. Sarkisyan və Defrasiyan da daxil olmaqla, bu şəxslərə Maskulada öz adamlarımız kimi yanaşırlar. Belə məqamda onların aktivləşməsində Rusiyanın aparıcı rolu təsadüfi deyil,” – deyə Quliyev bildirib.
Ekspert əlavə edib ki, Köçəryan və onun tərəfdarlarının fəaliyyəti ölkədə Konstitusiya dəyişiklikləri və Sülh Sazisi ilə bağlı mesajlarla müşayiət olunur:
“Onlar əvvəlcə müəyyən layihələri həyata keçirməyə çalışır ki, dünya güclərinə, Ermənistan daxilində sülh tərəflərinə və Azərbaycana mesaj versinlər: Sülh Sazisi imzalanmalı, Konstitusiya dəyişiklikləri uğurla həyata keçirilməlidir. Seskidən əvvəl bu layihələr icra edilir ki, hakimiyyətdə olan qüvvələrin ömrü növbəti mərhələyə uzadılsın.”
Aydın Quliyev vurğulayıb ki, bu proses Ermənistan siyasətində növbəti mərhələnin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.