“Övladımın illərlə əziyyət çəkib təhsilinə xərclədiyim pul öz bəhrəsini vermədi. Bilsəydim, o pula çayxana açardım, oğlum da orada işləyərdi. Bu xaricdə təhsil almaqdan daha yaxşıdır”.
News365.az xəbər verir ki, bunu Nadir Qafarzadə “Tarixin bir günü” verilişində deyib.
Müğənni bildirib ki, böyük oğlu Loğmanın xaricdə oxutdurmasına peşmandır:
“Oğlum Loğman İsveçrənin Cenevrə şəhərində ali təhsil aldı. Aldığı diplom da evdədir. Onun aldığı təhsilə burada iş yoxdur.
Loğman ingilis dilində biznes menecer üzrə təhsil alıb. Mən onun təhsilinə frankla pul xərcləmişəm. Frank dollardan baha, avroya yaxındır. O pula burada çayxana aça və bundan çox yaxşı pul qazana bilərdim. Kimə lazımdır axı təhsil?! Uşaqlar baxır və görürlər ki, təhsilli insanlara önəm vermirlər. Gəlin, qızlar, oğlanlar düşünürlər ki, neynirəm 4-5 il oxumağı. Onlar “TikTok”da oturub, canlı yayımlar açıb, rahat pul qazanırlar. Acı həqiqət bax budur”.