Kilosu 70-80 qəpikdir, yüzdən çox faydası var...

Kilosu 70-80 qəpikdir, yüzdən çox faydası var...
12:10
Balqabaq mövsümi artıq başlayıb. Havaların soyuması ilə birlikdə bazarlarda və süfrələrdə balqabaq bolluğu yaşanır. Bu tərəvəz həm çox dadlı, həm də faydalıdır. Qida dəyəri və müalicəvi xüsusiyyətləri ilə seçilən bu tərəvəz həm sağlamlıq, həm də gözəllik üçün əsl “möcüzə” sayılır. Mütəxəssislər payız aylarında balqabağın orqanizm üçün faydalarına xüsusi diqqət yetirilməsini tövsiyə edirlər.

Bəs nədir onun faydaları?

Balqabaq A, C, E, K və B qrup vitaminləri ilə zəngindir. Onun tərkibində dəmir, kalium, maqnezium, fosfor və sink kimi minerallar da var. Qida mütəxəssisləri bildirirlər ki, bu tərəvəz immun sistemini gücləndirir, görmə qabiliyyətini qoruyur və dərini qocalmadan saxlayır.

Balqabaq orqanizmdən zərərli maddələri təmizləyir, qaraciyərin fəaliyyətini yaxşılaşdırır. Onun tərkibindəki liflər həzm sisteminə müsbət təsir göstərir, mədə turşuluğunu azaldır. Kaliumla zəngin olması səbəbindən ürək-damar xəstəliklərinin qarşısının alınmasında da mühüm rol oynayır.

Balqabaq aşağı kalorilidir — 100 qramında cəmi 25-30 kalori var. Buna görə də arıqlamaq istəyənlərin menyusuna tez-tez daxil edilir. Onu buğda, bişmiş, püresi və ya şirə formasında qəbul etmək mümkündür.

Kosmetoloqlar balqabağın dərini nəmləndirdiyini və parlaqlıq verdiyini vurğulayırlar. Balqabaq maskaları quru və solğun dərilərə canlılıq qazandırır, sızanaqlarla mübarizədə də effektivdir.

Qeyd edək ki, həkimlərin sözlərinə görə, balqabağın faydaları çox olsa da, onu həddindən artıq miqdarda qəbul etmək düzgün deyil. Xüsusilə şəkərli diabeti və mədə problemi olan şəxslərin həkimlə məsləhətləşmədən istifadə etmələri tövsiyə olunur.


Sizin reklam burada
Sizin reklam burada