Yazıçı Kəramət Böyükçol Xankəndi Universitetinə 200 manatlıq kitab hədiyyə edib.
News365.az xəbər verir ki, bu barədə yazıçı özünün sosial media hesabında yazıb.
"Xankəndidə yeni fəaliyyətə başlamış Qarabağ Universitetinin kitabxanasına tələbələr üçün faydalı olacaq 200 manatlıq kitab hədiyyə göndərdim. Kitabların hamısı dünya ədəbiyyatının nəhəng nümunələrindəndir. Kasıbın olanından." - deyə K.Böyükçol yazıda qeyd edib.