Keniyada dəhşət: Olimpiya iştirakçısını benzin töküb yandırdılar

Keniyada dəhşət: Olimpiya iştirakçısını benzin töküb yandırdılar
05 Sen 2024 19:46

Keniyada 2024-cü il Olimpiadasının iştirakçısı vəhşicəsinə qətlə yetirilib.

Sky News-un yaydığı məlumata görə Rebekka Çepteqey adlı qadına sevgilisi benzin tökərək yandırıb. Uqandalı olan Olimpiya iştirakçısı Çepteqey dəhşətli yanıqlar aldığı üçün dünyasını dəyişib.  İlkin məlumatlara görə, bazar günü torpaq sahəsi üstündə baş verən münaqişə zamanı kişi idmançıya hücum edib. Qadın xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

"Polis qısa şəkildə bəyan edib ki, 33 yaşlı marafonçu sevgilisi tərəfindən benzinlə yandırılıb və sonra o, xəstəxanaya aparılıb",- nəşr yazıb.

Həmçinin qeyd olunur ki, Uqanda Atletika Federasiyası X-də bu faciə haqqında paylaşım edib: "Məişət zorakılığının faciəvi qurbanı olan idmançımız Rebekka Çepteqeyinin vəfatı xəbərini dərindən kədərləndik. Federasiya olaraq bu cür hərəkətləri pisləyir və idmançının ruhu şad olsun deyirik."

Tural


Youtube kanalımız

Oxşar xəbərlər