Kasıb yeməyindən baha delikatesə: Həşəratlar necə dünya mətbəxinin bir hissəsinə çevrildi?

Kasıb yeməyindən baha delikatesə: Həşəratlar necə dünya mətbəxinin bir hissəsinə çevrildi?
11:32

Həşəratların qida kimi istifadə olunması təkcə aclıq və ya ehtiyacla bağlı deyil; bir çox ölkələrdə onlar milli irsin hissəsi və baha qiymətə satılan delikates hesab olunur.

The Conversation portalında dərc olunan məqalədə deyilir ki, dünyada 2000-dən çox həşərat növü yüz milyonlarla insanın gündəlik rasionuna daxildir.

Mənbə qeyd edir ki, həşəratlar zülal, vitamin və minerallarla zəngindir.

Qərb mədəniyyətində həşəratlar zərərverici kimi görünsə də, Latın Amerikası, Afrika və Asiyada onlar əsrlərdir mövsümi delikates sayılır. Onların toplanması eynilə göbələk və ya giləmeyvə yığımı kimi qəbul edilir.
 

Məsələn, Meksikada qarışqa yumurtalarından hazırlanan eskamoles "Meksika kürüsü" adlanır və bahalı restoranlarda təqdim olunur.


Şəhərləşməyə baxmayaraq, bir çox insan həşərat yeməyini öz yerli kökləri və mənşəyi ilə əlaqə saxlamanın bir yolu kimi görür, şəhər sakinləri isə bunu maraq və moda xatirinə dadırlar.


Sizin reklam burada
Sizin reklam burada