Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kanat Niyazbekovu Hərbi Dəniz Qüvvələrinin baş komandanı, müdafiə nazirinin birinci müavini və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kanış Abubakirovu vəzifələrindən azad edib.
News365.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Prezident Qazaxıstan müdafiə nazirinin müavini Almaz Cumakeyevin də vəzifəsindən azad edilməsi barədə də əmr verib.
Hərbçilərin işdən çıxarılması sentyabrın 24-də Xəzər dənizində keçirilən təlimlər zamanı 14 qazax hərbçisinin ölümündən sonra baş verib. Təlimlərə Kanat Niyazbekov komandanlıq edib.