Kanadalılar ABŞ-yə qarşı birləşirlər

Kanadalılar ABŞ-yə qarşı birləşirlər
22 Fev 2025 17:46

ABŞ prezidenti Domald Trampın Kanadanın “51-ci ştat” olaraq Birləşmiş Ştatların tərkibinə daxil edilməsi ilə bağlı ritorikası iki ölkə arasında gərginliyə səbəb olub.

News365.az xəbər verir ki, ABŞ və Kanada arasında keçirilən son xokkey matçında ortaya çıxan görüntülər və daha sonra sosial mediada yazılan şərhlər Donald Trampa sərt reaksiyaları ortaya qoyur.

Kanadanın dünən axşam ABŞ-la xokkey oyununda qələbə qazanmasının ardından Kanadanın müxalif Mühafizəkarlar Partiyasının lideri Pierre Poilievre “X” sosial media hesabında bunları paylaşıb: "Kanadanın oyunu. Kanadanın əfsanəsi və əsl güc!”

Poilievrenin paylaşımı kanadalılardan sıx dəstək alarkən, bəzi sosial media istifadəçiləri ABŞ-ın simvolu olan ağbaş qartalı tapdalayan Kanadanın simvolu olan Kanada qazının süni intellektlə yaradılan görüntülərini paylaşıblar.

Trampın tərəfdarları sosial mediada onun arqumentini təkrarlayaraq, Kanadanın xokkey oyunundan başqa qürurlanacaq heç nə olmadığını iddia ediblər.



Sizin reklam burada
Sizin reklam burada