Kamran Əliyev yenidən baş prokuror olacaq? - Prezident təqdimat verdi

Kamran Əliyev yenidən baş prokuror olacaq? - Prezident təqdimat verdi
30 Apr 2025 19:15

Azərbaycan Prezidenti İlham Əliyevin Baş prokuror vəzifəsinə təyinatla bağlı təqdimatı Milli Məclisə daxil olub.

News365.az-ın Teleqraf-a istinadən əldə etdiyi xəbərə görə, təqdimatda Kamran Bayram oğlu Əliyevin Baş prokuror vəzifəsinə yenidən təyin olunması təklif edilir.


Təqdimatla K.Əliyevin səlahiyyət müddətinin 5 il uzadılması təklif olunur.


Təqdimat Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunacaq.


Qeyd edək ki, ölkə Konstitusiyasının 133-cü maddəsinə görə, Baş prokuroru Prezident Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir. K.Əliyev 2020-ci ildən sözügedən vəzifədə çalışır.


Ona 2021-ci il noyabrın 23-də I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.


Sizin reklam burada
Sizin reklam burada