Həddindən artıq su içmək sağlamlıq üçün təhlükəli ola bilər

Həddindən artıq su içmək sağlamlıq üçün təhlükəli ola bilər
22:20

Həddindən artıq su içmək sağlamlıq üçün təhlükəli ola bilər.

News365.az xəbər verir ki, gün ərzində həddindən artıq su qəbul etmək orqanizmdə su-duz balansının pozulmasına və qanda natrium səviyyəsinin təhlükəli dərəcədə azalmasına səbəb ola bilər.

Mütəxəssislərin fikrincə, xüsusilə qısa müddətdə çoxlu su içmək risklidir. Sağlam böyrəklər adətən saatda təxminən 0,8–1 litr artıq suyu xaric edə bilir. Bundan daha sürətli və böyük miqdarda su qəbul edilməsi bəzi hallarda hiponatremiyaya – “su intoksikasiyası”na səbəb ola bilər.

Bu vəziyyət baş ağrısı, ürəkbulanma, qusma, halsızlıq və çaşqınlıqla özünü göstərə bilər. Ağır hallarda isə qıcolma, huşun itirilməsi və həyati təhlükə yarana bilər.

Mütəxəssislər susuzluğu nəzərə almağı, isti hava və fiziki aktivlik zamanı isə maye ehtiyacını uyğun şəkildə artırmağı tövsiyə edirlər.


Sizin reklam burada
Sizin reklam burada