Joze Mourinyo qərarını verdi: Arda Gülərin "Real"dakı rolu aydınlaşdı

Joze Mourinyo qərarını verdi: Arda Gülərin "Real"dakı rolu aydınlaşdı
13:51

Bu yaxınlarda "Real"ın baş məşqçisi vəzifəsini icra etməyə başlayan Joze Mourinyonun Arda Gülərə yeni mövsüm üçün planlarında mühüm rol verdiyi iddia olunur.

İspaniya mətbuatının məlumatına görə, Türkiyə millisinin oyunçusu yarımmüdafiə strukturunun mərkəzində olacaq.

Joze Mourinyonun "Real"ın baş məşqçisi təyin olunmasından sonra diqqətlər Arda Gülərin yeni mövsüm üçün vəziyyətinə yönəlib.

İspaniya mətbuatındakı xəbərlərə görə, portuqaliyalı məşqçi milli futbolçunu yeni mövsüm üçün planlarında əsas fiqurlardan biri kimi görür.

"Marca"nın məlumatına görə, Bernardo Silvanın Arda Gülərin oynadığı mövqeyə transfer olunmasına baxmayaraq, gənc futbolçunun komandadakı yeri dəyişməz qalacaq.

Məlumatda bildirilir ki, Joze Mourinyo Arda Güləri yeni yarımmüdafiə heyətinin mərkəzində təsəvvür edir.

Bildirilib ki, "Real"ın rəhbərliyi Arda Güleri klubun gələcəyi üçün vacib fiqurlardan biri kimi görür. Xüsusilə Mourinyonun milli futbolçunun çox yönlü oyun tərzini məşqçilər heyəti üçün əhəmiyyətli bir üstünlük hesab etdiyi deyilir.

Arda Güler ötən mövsüm "Real"da 51 oyun keçirib. O, bu oyunlarda 6 qol vurub və 14 məhsuldar ötürmə ilə komandanın ən yaxşı məhsuldar ötürməçisi olub.


Sizin reklam burada
Sizin reklam burada