İtkin şəhidlərimizlə vida mərasimi keçirilir - FOTO

İtkin şəhidlərimizlə vida mərasimi keçirilir - FOTO
13:06

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Rauf Əhmədovla Goranboy rayonunun Sarov kəndində vida mərasimi keçirilir.

Mərasimdə şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin rəsmiləri, hərbçilər, şəhidimizin döyüş yoldaşları, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

R.Əhmədov doğulduğu Goranboy rayonunun Sarov kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Rauf Əhmədov 1969-cu ildə doğulub. Birinci Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq orduya qatılıb. O, Murov, Kəlbəcər, Ağdam və Ağdərə istiqamətlərində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. Sonuncu döyüşü 1993-cü ildə Ağdərə istiqamətində olub və orada itkin düşüb. Həmin zaman şəhidimizin 24 yaşı olub.

***

AZƏRTAC-ın məlumatına görə, Birinci Qarabağ müharibəsinin itkin şəhidi Dəyanət Salik oğlu Musayev bu gün Ucar rayonunda dəfn olunub.

Əvvəlcə rayonun Boyat kəndində itkin şəhidlə vida mərasimi keçirilib. Mərasimdə cənazə namazı qılınıb.

Vida mərasimindən sonra itkin şəhid Boyat kənd qəbirsanlığında torpağa tapşırılıb. 

Qeyd edək ki, Dəyanət Musayev 1973-cü ildə Ucarın Boyat kəndində anadan olub. O, 1993-cü ildə Kəlbəcər rayonunun, silsiləsi ərazisində gedən döyüşlərdə itkin düşüb.




Sizin reklam burada
Sizin reklam burada