İtaliyanın "Latsio" komandasının qapıçısı İvan Provedel çiyin nahiyəsindən zədə alıb.
Qapıçı yaxın günlərdə əməliyyat olunacaq.
Rəsmi açıqlamada bildirilib ki, futbolçu əvvəlki oyunda aldığı zədədən sonra davamlı çiyin ağrıları hiss edib və bu səbəbdən tibbi müayinədən keçirilib.
Əməliyyatdan sonra bərpa müddətinin uzun çəkməsi ehtimal edilir və buna görə də qapıçının mövsümün qalan hissəsini buraxacağı gözlənilir.
Qeyd edək ki, İvan Provedel bu mövsüm komandanın heyətində 29 oyunda meydana çıxıb və 12 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.