Şahruddin Elvinə söz atırdı? - FOTO

Şahruddin Elvinə söz atırdı? - FOTO
14:10

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev sosial şəbəkədə diqqət çəkən paylaşım edib.

News365.az İdman.Biz-ə istinadən bildirir ki, təcrübəli qolkiper Bizon Azərbaycan Kubokunun yarımfinalında "Sabah" ilə keçirilən və komandası üçün uğursuz nəticələnən qarşılaşmadan (1:2, 2:2) dərhal sonra "Instagram" hekayəsində "indi kimin kim olduğunu bilirik" sözlərini yazıb.

Bu ifadə isə birmənalı qarşılanmayıb.

Azarkeşlər arasında müxtəlif fikirlər formalaşıb. Bəziləri paylaşımın oyunda baş verən hadisələrə işarə etdiyini düşünür, digərləri isə bunun komandadaxili gərginlik yaşayan və matçdan sonra müəmmalı paylaşımı ilə gündəmə gələn Elvin Cəfərquliyevə ünvanlandığını iddia edir.



Sizin reklam burada
Sizin reklam burada