"Mançester Siti" "Arsenal"ı məğlub edib

"Mançester Siti" "Arsenal"ı məğlub edib
19 Apr 2026 22:54

İngiltərə Premyer Liqasında XXXIII tur davam edir.


News365.az xəbər verir ki, ikinci dövrənin mərkəzi oyunu bu gün keçirilib.


"Mançester Siti" "Arsenal"ı qəbul edib. Matçda hesab erkən açılıb. Rayan Çerki fərqlənib. Lakin çox keçmədən Kai Havertz hesabı bərabərləşdirib.


İkinci hissə "şəhərlilər"in üstünlüyü ilə keçib. Erlinq Haalandın vurduğu qol komandasına qələbə qazandırıb - 2:1.


Qeyd edək ki, "Arsenal" 70 xalla turnir cədvəlinə liderlik edir. Ehtiyatda bir oyunu olan "Siti" 67 xalla ikincidir.


Sizin reklam burada
Sizin reklam burada