Məlum olduğu kimi, bu ilin oktyabr
ayında İqtisadiyyat Nazirliyi tərəfindən qablaşdırma həcminə uyğun olaraq,
yerli və idxal olunan qeyri – meyvə araqlarının pərakəndə satışının minimum
qiymətləri təsdiq olunub. Və bu qərar cari ilin noyabr ayının 24 – dən qüvvəyə
minib.
Qərarla təsdiq olunan minimum satış qiymətləri yalnız
pərakəndə satışa tətbiq olunub. Yəni
qərarın istehsal müəssiələrinə aidiyyatı yoxdur.
Mövzu ilə bağlı News365.az-a danışan
“Azad İstehlakçılar”İctimayi Birliyinin(AİİB) sədri Eyyub Hüseynov hökumətin qərarı ilə razılaşmır:
“Qərarın qüvvəyə minməsindən
keçən bir ay müddətində ,
istehlakçılardan AİİB-ə daxil olan məlumatlar , araşdırmalar göstərir ki,
istehsalçılar üçün minimum satış qiyməti tətbiq olunmadığından bəzi istehsalla
məşğul olanlar tərəfindən yenə də ticarət şəbəkələrinə, şadlıq evlərinə,
ictimayi-iaşə obyektlərinə hətta maya dəyərindən də aşağı qiymətlərlə
keyfiyyətsiz araq məhsulları təklif
olunur.
2026-cı ildən istehsalda 1 litr araq
üçün 5,0 manat aksiz vergisi müəyyən
edilib. Deməli, istehsal olunan 1 litrlik qablaşdırmada arağın 5,0 manat aksiz vergisi
və 1,20- 1,50 manatını isə ƏDV təşkil edəcək. Yəni, orta hesabla qiymətində
6,20-6,50 manatını yalnız vergi təşkil edir. Belədə məhsulun maya dəyəri,
istehsal xərcləri, rentabellik faizi nəzərə alınmaqla 1 litrlik qablaşdırılmış
arağın istehsalçılar tərəfindən minimum satış qiyməti 14,0 manata yaxın
olmalıdır. Lakin AİİB-ə istehlakçılar tərəfindən verilən məlumat göstərir ki,
bu hesablamalara məhəl qoymayan bəzi istehsalla məşğul olanlar tərəfindən
regionlarda 6,0-7,50 manat qiymətlərlə 1 litrlik qablaşdırılmış araq təklif
olunur. Təbii ki, bu cür məhsulların mənbəi və mənşəi bəlli olmadığı üçün
onların keyfiyyəti də şübhə altında olacaq”.
Müsahibimiz hesab edir ki, qərar
qüvvəyə minənə qədər istehlakçılar pərakəndə satışdan ucuz araq alaraq qiymətdə
qənaət edib yalnız keyfiyətdə
uduzurdularsa, qərardan sonra istehlakçılar həm qiymətdə həm də keyfiyyətdə
uduzmaya düçar olurlar və bu istehlakçılarda
təbii olaraq narazılığa səbəb olur:
“İstehlakçı hüquqlarını qoruyan,
beynəlxalq istehlakçı təşkilatı-Consumers İnternationalın(Cİ) üzvü olaraq,
doğma Azərbaycanımızı dünyanın çoxsaylı ölkələrində təmsil və təbliğ edən bir vətəndaş cəmiyyəti nümunəsi olaraq
hökumətin bu qərarı ilə razı deyilik. Onu da qeyd edək ki, ölkəmizdə 2016 ci
ildən alkoqollu içkilərin istehsalı, satışı və idxalı ilə bağlı xüsusi
icazələrin (Lisenziyaların) tələbi tamamilə aradan qaldırılıb. Lisenziyalar
ləğv olunana qədər ölkədə şərab istehsalı ilə 19 müəssisə, araq istehsalıyla
isə 8 müəssisə fəaliyyət göstərirdi. Lisenziyalar ləğv edildikdən bəri bu günə
qədər ölkədə yalnız bir yeni şərabçılıq müəssisəsi – “Şirvan Şərabları” MMC
(Meysəri) yaradılıb. Araq istehsalçılarının sayı isə artıq 90-a yaxınlaşıb.
Bundan sonra müvafiq nəzarət sxeminin olmaması nəticəsində ölkəyə ucuz və aşağı
keyfiyyətdə olan araq məhsullarının idxalı kəskin surətdə artıb, alıcıların
məlumatsızlığı və ənənəvi düşüncəyə əsasən (idxal olunan malın daha keyfiyyətli
olması) idxal olunmuş mallar yerli istehsal olunmuş məhsulların satışını
üstələməyə başlayıb”.
Məsələ ilə bağlı AİİB sədri konkret
təkliflərlə çıxış edir:
“Haqsız rəqabətə son qoyulması,
istehlakçı maraqlarının təmin olunması, vergi yığımının artırılması və spirtli
içkilər bazarını keyfiyyətsiz araq məhsullarından təmizləmək məqsədi ilə ən azı
qonşu MDB ölkələrinin bu sahədəki təcrübəsinə istinad olunmasını təklif edirik.
2016 ci ildən alkoqollu içkilərin istehsalı, satışı və idxalı ilə bağlı xüsusi
icazələrin (Lisenziyaların) ləğv olunmasından sonra dövlətin biznes qurumları
üçün yaratdığı bu əlverişli, toxunulmazlıq jestindən sui-istifadə edib,
istehlakçı maraqlarına məhəl qoymayaraq
fəaliyyətə başlamış 90-a qədər araq istehsalı müəssiəsində ciddi
manitorinqlər keçirilsin və hökumətin minimum qiymətə dair qərarı istehsal
müəssiəıərinə də tətbiq olunsun”.
News365.az