2026-cı ilin yanvar ayında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz artaraq 6478,2 milyon manat və ya hər nəfərə orta hesabla 631,2 manat olub.
Bu barədə News365.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, əhalinin sərəncamında qalan gəlirləri 5603,3 milyon manat təşkil edib.