Nərimanov rayonunda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə edilib

Nərimanov rayonunda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə edilib
20 Fev 2026 22:00

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

News365.az xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yanğının səbəbi hələlik məlum deyil.

Təhlükəsizlik məqsədilə bina sakinləri təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada