Prezident İlham Əliyev "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.
News365.az President.az-a istinadən xəbər verir ki, dəyişikliklə asbest və tərkibində asbest olan materiallar "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı"na salınır.
Bu qanun 2027-ci il iyulun 1-dən qüvvəyə minir.