NATO Türkiyənin gəmisini Latviyanın sahillərinə göndərir.
News365.az xəbər verir ki, Türkiyənin “TCG ANADOLU” pilotsuz uçuş aparatları daşıyan gəmisini “Eastern Sentry” missiyası çərçivəsində Latviyanın sahillərinə göndərir.
Məlumata görə, “Steadfast Dart 26” donanmasının ən böyük gəmisi NATO Müttəfiq Hava Komandanlığının tabeliyində fəaliyyət göstərəcək.
Bildirilib ki, alyansın şərq cinahında hava müşahidəsi və hava hücumundan müdafiə imkanlarını gücləndirəcək.