Bankomatdan pul çıxararkən diqqət — 15 saniyə qaydasını çox adam bilmir

Bankomatdan pul çıxararkən diqqət — 15 saniyə qaydasını çox adam bilmir
10:48

Gündəlik həyatda tez-tez istifadə etdiyimiz bankomatlarda kiçik ehtiyatsızlıq ciddi problemlərə yol aça bilər. Bir çox istifadəçi bilməsə də, bankomat proqramlarında müəyyən olunmuş vaxtın bitməsi ilə bağlı xüsusi təhlükəsizlik qaydası fəaliyyət göstərir.

Əməliyyat bitdikdən sonra kartı götürmək üçün cəmi 10-15 saniyə vaxtınız olur. Əgər bu qısa müddət ərzində kart yuvadan çəkilməsə, cihaz onun unudulduğunu hesab edir. Bank sistemi kartın başqasının əlinə keçməsini önləmək məqsədilə onu dərhal içəri çəkərək təhlükəsiz bölmədə saxlayır.

Kartın bankomat tərəfindən tutulmasının digər səbəbi isə ardıcıl yanlış şifrə daxil edilməsidir. Adətən üç dəfə səhv kod yazıldıqda, sistem kartın oğurlandığı ehtimalını qeydə alır və avtomatik olaraq ona əl qoyur. Bəzi hallarda isə texniki nasazlıqlar, sensorların tozlanması və ya elektrik kəsilməsi də bu vəziyyətə səbəb ola bilər.

Belə bir halla qarşılaşdıqda ilk növbədə təmkinli olmaq və bankomatın yanından ayrılmamaq vacibdir. Dərhal bankın müştəri xidmətləri ilə əlaqə saxlayaraq kartı bloklamaq lazımdır. Əgər hadisə bank filialının yanındakı aparatda baş veribsə, iş saatlarında şəxsiyyət vəsiqəsi ilə müraciət edərək kartı geri almaq mümkündür.


Sizin reklam burada
Sizin reklam burada